Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır
“Məhz həyata keçirdiyimiz fəaliyyət bu beş istiqaməti əhatə etməklə aparılıb. Hesabat dövründə komandamız tərəfindən ümumilikdə müvafiq hakatonların, akselerasiya proqramlarının həm yerli, həm beynəlxalq tərəfdaşlarla birlikdə təşkili, o cümlədən təhsil məsələlərinin birlikdə təşkili təmin edilmişdir, müvafiq innovasiya proqramlarının həyata keçirilməsi təmin edilib. Bu istiqamətdə üç ildən artıq mühüm işlər görülüb, məhsullar formalaşdırılmışdır və artıq onların innovasiya ekosistemində fəaliyyətinin dəstəklənməsi, izlənilməsi və tərəfimizdən monitorinq prosesi həyata keçirilir”.
F.Osmanov qeyd edib ki, şəhərdə keçirilən əhəmiyyətli tədbirlərlə yanaşı, regionlarda da innovasiya ekosisteminin quruculuğu istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təşkil olunub:
“Bunlar məhz Lənkəran, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində innovasiya fəaliyyətinin dəstəklənməsi olub. Bununla bağlı 10-dan artıq proqram müvafiq təhsil müəssisələri ilə birlikdə icra edilib”.
F.Osmanovun sözlərinə görə, ötən il innovasiya ekosisteminin dəstəklənməsi məqsədilə 20-dən artıq startapın maliyyələşdirilməsi, ölkədə formalaşdırılmış model vasitəsilə maliyyələşdirilməsi istiqamətində işlər aparılıb:
“Maliyyələşmə istiqamətində fəaliyyətin daha da genişləndirilməsi məqsədilə aidiyyəti qanunvericilik bazasının hazırlanması və genişləndirilməsi diqqət mərkəzində saxlanılıb ki, bu istiqamətdə də aidiyyəti dövlət qurumları ilə işlər artıq tamamlanmaq üzrədir”./Apa/












