Bakıda tikili kül oldu

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.