Zelenski: "Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil"

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin fəaliyyətindən narazılığını bildirib. Bu, Rusiyaya məxsus “Şahed” pilotsuz uçuş aparatlarının yetərincə vurulmaması ilə bağlı olub.

Yenicag.az Ukrayna Prezidentinin teleqramda paylaşdığı bəyanata istinadla xəbər verir ki, V. Zelenski bunu fevralın 6-da növbəti gündəlik selektor müşavirəsi zamanı bildirib.

“Ukraynanın bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin işini qənaətbəxş hesab etmirəm. “Şahed”lərin daha effektiv vurulması üçün hansı qərarların dərhal tətbiq olunacağını Hərbi Hava Qüvvələrinin komandanı və Ukraynanın müdafiə naziri ilə müzakirə etdim”, – deyə o vurğulayıb./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05