Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda toy sahibi və 60-ya yaxın şəxs SAXLANILDI

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Mərasim zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı, Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.

Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

www.yenicag.az

201