Bakıda TÜİB-in VI Seçkili Ümumi Yığıncağı KEÇİRİLDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

 

Bakıda “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) VI çağırış Seçkili Ümumi Yığıncağı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və hər iki qardaş ölkənin bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

media-img_8767

İclasın açılışında çıxış edən TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qurumun iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi istiqamətindəki fəaliyyətindən danışaraq bildirib:media-img_8795

“Yeni dövrdə daha geniş və məqsədyönlü planlarla yola davam edirik. Yalnız biznes deyil, həm də sosial və mədəni sahələrdə həyata keçirdiyimiz layihələr iki ölkə arasında sarsılmaz qardaşlığın dərinləşməsinə xidmət edir”.

Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün isə iki ölkə arasındakı münasibətlərin mahiyyətinə diqqət çəkib:

media-img_8814

“Bu əlaqələr sadəcə strateji tərəfdaşlıq deyil, əsrlərlə formalaşan tarixə, ortaq mədəniyyətə və könül birliyinə əsaslanan qardaşlıqdır. İş dünyasında belə təşəbbüslər bu münasibətlərin canlı təcəssümüdür”.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə çıxışında vurğulayıb ki, ikitərəfli əməkdaşlıq sistemli şəkildə inkişaf edir:

media-img_8821

“İqtisadi əlaqələrimiz yüksələn xətlə davam edir. Qarşılıqlı fəaliyyət platformaları bu prosesi daha da dinamik edir”.

Türkiyənin ticarət nazirinin müavini Mahmut Gürcan isə tədbirin mahiyyətini belə ifadə edib:media-img_8829

“Bu gün burada bir araya gəlməyimiz ‘Azərbaycan güclü olarsa, Türkiyə; Türkiyə güclü olarsa, Azərbaycan güclü olar’ fəlsəfəsinə inamımızın göstəricisidir. Məhz bu inam bizi birgə addımlar atmağa sövq edir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, belə görüşlər iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yeni zirvələrə çatmasına şərait yaradır:

media-img_8837

“İnkişaf tendensiyası göstərir ki, əlaqələrimiz dərinləşməkdədir və bu istiqamətdə formalaşan iş birlikləri strateji əhəmiyyət kəsb edir”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə vurğulayıb ki, ortaq tarix, milli kimlik və iqtisadi maraqlar əsasında qurulan əməkdaşlıq sahibkarların əməyi ilə güclənməkdədir:media-img_8839

“Bu uğurun təməlində fədakar iş adamlarının fəaliyyəti dayanır. Onların rolu danılmazdır”.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev də çıxışında diqqəti iqtisadi potensiala yönəldib:media-img_8844

“İki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır və bu proses davamlı şəkildə dərinləşir”.

Xatırladaq ki, rəsmi çıxışlardan sonra VI çağırış Seçkili Ümumi Yığıncağa start verilib və yeni idarə heyətinin seçkiləri keçirilib. Üzvlərin yekdil qərarı ilə formalaşdırılan heyətdə Hüseyin Büyükfırat yenidən TÜİB İdarə Heyətinin sədri seçilib.

media-img_8850

Qeyd edək ki, tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosu ilə yekunlaşıb.

media-img_8857

 

 

Məsimə Məmmədova

Samir Məcidov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600