Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu
Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.
Yenicag.az xəbər verir ki, A. Bayraktar “X” sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.
“Görüşdə Türkiyənin və bölgənin enerji təchizatı təhlükəsizliyinə yönəlmiş strateji baxışlar müzakirə edilib, həmçinin iki ölkə arasındakı yeni əməkdaşlıq imkanlarını və potensial fürsətlər qiymətləndirilib”, – Bayraktar yazıb.
Qeyd edək ki, görüş 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u çərçivəsində baş tutub.
Bakü temaslarımız kapsamında, ABD Ekonomi, Enerji ve Ticari İşlerden Sorumlu Dışişleri Müsteşar Yardımcısı Sayın Caleb Orr’u kabul ettik.
Görüşmemizde, Türkiye’nin ve bölgemizin enerji arz güvenliğine yönelik stratejik vizyonumuzu ele alarak, iki ülke arasındaki yeni iş birliği… pic.twitter.com/t0kOytTNhZ
— Alparslan Bayraktar (@aBayraktar1) June 1, 2026













