20-21 dekabr 2022-ci il tarixlərində Bakıda və Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Diaspordan məsul nazirləri, qurum rəhbərlərinin toplantısı keçiriləcək.
Bu barədə “Yenicag.az”ın Türkiyə bürosuna Türk Dövlətləri Təşkilatından (TDT) məlumat verilib.
Bildirilib ki, dekabrın 21-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin ev sahibliyi ilə keçirilən “TDT – Beynəlxalq Bakı-Şuşa Diaspor Forumu” münasibətilə, həmçinin yenidənqurma və bərpa işləri barədə məlumat almaq üçün Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor nazirləri və qurum rəhbərləri Bakıda bir araya gələcəklər. Səfər çərçivəsində Şuşaya səfər olunacaq. Forum zamanı nümayəndə heyətlərinin başçıları üzv dövlətlərin diasporlarının mövcud vəziyyətini müzakirə edərək, diaspor institutlarının öz diasporları ilə əməkdaşlığı və koordinasiyasını inkişaf etdirmək səyləri, digər ölkələrdən olan diaspor qurumları ilə türk diasporları arasında koordinasiya və əməkdaşlığın artırılması yolları və diaspor təhsili proqramlarının səmərəliliyinin artırılması üçün rəy və təkliflər haqqında fikir mübadiləsi aparacaq.
Natiq Çıraqzadə
www.yenicag.az