Bakıda yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və mebel yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.