“Badam Pro”nun xanım sahibinin 800 minə yaxın borcu var

media-hightechnic-468x90

Azərbaycanda 40 yaşlı sahibkar qadının 789.902,58 manat məbləğində vergi borcu olduğu üçün onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata əsasən, “Badam Pro” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Xəlilova Flora İdris qızının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göstərilən məbləğdə vergi borcu yaranıb.

1985-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuş və hal-hazırda həmin kənddə qeydiyyatda olan Flora Xəlilovanın borcunu ödəməsi üçün vergi orqanı məhkəməyə müraciət edib.

Məhkəmənin qərarına əsasən, sahibkara borcu ödəməsi üçün vaxt verilib və onun ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan “Badam Pro” MMC riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600