Bakıda yaşayış kompleksindən oğurluq – VİDEO

media-hightechnic-468x90

IMG_2123-3Bakıda yaşayış kompleksindən oğurluq edilib. Criminal.az xəbər verir ki, oğurluq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən ”Uğur-2” yaşayış kompleksində günorta vaxtı, insanların gözü qarşısında törədilib.

Cavan oğlan kompleksin həyətinə daxil olaraq sakinlər üçün qoyulmuş oturacağı götürərək qaçır. O, kompleksin həyətindən çıxaraq dəmir yolu xəttini keçir və sürətlə ərazidən uzaqlaşır.

Hadisə ilə bağlı kompleksin mühafizə xidməti məlumatlandırılıb. Mühafizəçilər həmin şəxsi yaxalamaq üçün onun arxasınca qaçır, lakin oğru yaşayış evlərinin arasına girərək qaçmaq istəyir.

Mühafizəçilər həmin adama yaxınlaşıb tutmağa cəhd ediblər. Lakin o, mühafizəçilərin gəldiyini görüb tutulamamaq üçün oturacağı ataraq qaçıb.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600