Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum KEÇİRİLİR – CANLI
Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə VII ADA Siyasi Forumu keçirilir.
Yenicag.az xəbər verir ki, forumda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edir.
Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanır.
Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edir.