Hazırda Bakıda 10 yeni meqa-parkın tikintisi aparılır.
Yenicag.az xəbər verir ki, bunu Sinqapurda keçirilən 9-cu Dünya Şəhərləri Sammitində Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov deyib.
O bildirib ki, bu gün Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib:
“Paytaxtda 400-ə yaxın park salınıb və hazırda 10 yeni meqa-parkın tikintisi aparılır”.
Qeyd edək ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla, ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.
www.yenicag.az