Ölkəmiz bu investisiya həcminə görə 32 ölkə arasında birinci olub

media-hightechnic-468x90

Beynəlxalq Nəqliyyat Forumu (BNF) nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib.

media-banner_tuq


Yenicag.az xəbər verir ki, hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.

Qeyd olunub ki, 2022 – 2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5%-ni təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.

Hesabatda Azərbaycanın uzunmüddətli investisiya dinamikası da müsbət qiymətləndirilib. Belə ki, 2012 – 2014-cü illərlə müqayisədə 2022 – 2024-cü illərdə nəqliyyat infrastrukturuna investisiyaların ÜDM-də payı 0,6 faiz bəndi artıb. Bu, Azərbaycanın son on ildə nəqliyyat infrastrukturuna yatırımları davamlı şəkildə artıran ölkələrdən biri olduğunu göstərir.

BNF son on ildə dəmir yolu infrastrukturuna yatırılan investisiyaların artımını da təhlil edib. Araşdırmaya görə, 32 ölkədən 20-sində dəmir yoluna ayrılan investisiyaların payı yüksəlib. Azərbaycanın bu sahədəki göstəricisi daha sabit dəyişir.

Araşdırmada vurğulanıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində yeni nəqliyyat infrastrukturuna ehtiyac azaldığı üçün bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payı 1 faizdən aşağıdır. Bunun əksinə olaraq, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir. Genişmiqyaslı nəqliyyat və logistika layihələri, müasir infrastrukturun qurulması təşəbbüsləri beynəlxalq statistik hesabatlarda da əksini tapır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05