!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda zibil qutusundan qumbara tapılıb

!Reklam – Yazi

1ab06881487a2bd50dd1135bde4ebedaBakıda zibil qutusunda qumbara aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Baxış keçirilən zaman aşkarlanan sursatın istifadəyə yararsız bir ədəd “F-1” markalı əl qumbarası olduğu müəyyən edilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib. Sursat aidiyyatı üzrə təhvil verilib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv