!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı güclü yanğın söndürüldü - FOTO / VİDEO - YENİLƏNDİ 2

!Reklam – Yazi

Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.

Bu barədə “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyini (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

FHN-in yaydığı məlumatda qeyd edilib ki, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 28 000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

***

14:50

Bakının Nərimanov rayonu ərazisində güclü yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığındakı zavodların birində baş verib.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.

Qeyd edək ki, miqyası geniş olduğu üçün yanğının tüstüsü şəhərin bir çox yerindən görünür.

 

*** 14:20

Bakıda sexdə yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv