Bakıdakı muzey və tarixi abidələrin iş saatları artırılır

media-hightechnic-468x90

national_art_museum_milli_incesenet_muzeyi_180914Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində tabeliyində olan muzey və tarixi abidələrin iş qrafikini uzatmağı nəzərdə tutur. Bunu nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

Onun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən teatrların iyun ayı üçün repertuarı artıq hazırlanaraq təsdiq olunub. Bir neçə teatrda tamaşaların rus və ingilis dillərində nümayiş olunması və ya onların tərcümə olunaraq təqdim edilməsi planlaşdırılır.

Bununla yanaşı, nazirliyin nəşri olan və hər ay Bakıda fəaliyyət göstərən mehmanxanalara paylanılan “Baku Guide” kataloqunun həmin dövr üçün xüsusi buraxılışı dərc ediləcək. Bu nəşrin qonaqların yerləşəcəyi mehmanxanada, tədbirlərin keçiriləcəyi obyektlərdə yayımı nəzərdə tutulur.

V.Şıxməmmədov deyib ki, həm Heydər Əliyev Beynəlxalq Hava Limanında, həm Mingəçevirə yaxın olan Gəncə Hava Limanında, həm də Bakının mərkəzində bir neçə yerdə informasiya köşkləri fəaliyyət göstərəcək. Bu köşklər qonaqlara Bakı və Azərbaycan haqqında dolğun məlumatlar çatdırmağa yardım edəcək.

Onun sözlərinə görə, bütün bu tədbirlər ölkəmizə gələcək idmançıların, iştirakçıların Azərbaycandan xoş təəssüratla ayrılmasını təmin etmək üçün həyata keçirilir(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600