!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakılı nazirin başı dərddə: prezidentə xəyanətdə ittiham olunur

!Reklam – Yazi

Ukrayna prezidentinin yaxın ətrafı Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkə ərazisinə keçməsinə görə daxili işlər naziri Arsen Avakovu günahlandırır.

Yenicag.az xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkoya yaxınlığı ilə seçilən bəzi silahdaşları “Ukrainskaya pravda” nəşrinə açıqlamalarında Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovu hədəfə götürüblər:

“Avakov prezidenti zərbə altında qoyub. Sərhədçilər həmin gün saat 5-dən etibarən Milli Qvardiyadan əlavə kömək istəsələr də, bu xahiş yerinə yetirilməyib.

Daha sonra Saakaşvili İqor Kolomiyski ilə görüşür, keçmiş qubernatoru ölkəyə buraxmayacağını qətiyyətlə bəyan edən nazir isə “dərəcə”ni aşağı salır”.

Avakovu tənqid edən məmurlar onun asi bankir Kolomiyski ilə dostluq münasibətlərini xüsusi qabardıblar.

Poroşenkonun başqa bir silahdaşı isə bildirib ki, Avakov heç bir halda Saakaşvilini Ukraynaya buraxmamalı idi:

“O, Saakaşvili ilə məşğul olurdu, bu, onun cavabdehlik sahəsidir. Axı daxili qoşunları oraya göndərə bilərdi, niyə göndərməyib?

O zaman Saakaşvilinin ölkəyə girişi də baş tutmazdı. Onun taktikası bundan ibarət idi ki, Saakaşvilini axmaq kimi göstərsin. Hə, göstərdi, nə olsun?”

Bu açıqlamalar Ukraynanın hakim komandası daxilində prezident Poroşenko ilə ona diş qıcayan yeganə nazir kimi dəyərləndirilən Avakov arasında qarşıdurmanın gücləndiyini təsdiqləyir.

COP29

www.yenicag.az

3908
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv