Bakını 140 min insan tərk edəcək

media-hightechnic-468x90

Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb. Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzaurda məskunlaşması gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı.vs-yə açıqlamasında millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır:

“Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıtda qeydiyyatdadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması, Bakı sakinlərin sayına təsir göstərəcək. Azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq. Bu da Bakı sakinlərinin sayına təsir göstərəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600