!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının 3 əsrlik “Fantaziya”sı sökülür? – FOTOLAR

!Reklam – Yazi

Fantaziya  (8)Bakının mərkəzində yerləşən tarixi “Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Şəhər sakinləri 1886-ci ildə inşa edilən hamamın söküləcəyindən narahatlıq ifadə edərək redaksiyamıza müraciət ünvanlayıblar.

Əməkdaşlarımız “Fantaziya” hamamının yerləşdiyi əraziyə baş çəkərək yerli sakinlərlə görüşüb, onların problemlərini dinləyib.

Sakinlərin gözlərinə görə, tarixi hamam illərdir ki, uçuq-dağıq vəziyyətdədir.

“Bir neçə gün öncə özlərini Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər hamama baxış keçirərək, tikilinin söküləcəyini bildirdilər. Onlar hamamın yerində yeni obyektin inşa ediləcəyini dedilər”-sakinlər bildiriblər.

Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayaraq sakinlərin dediklərinin doğru olub-olmadığını aydınlaşdırmağa çalışdıq.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev AzVision.az-a açıqlamasında binanın söküləcəyi haqda xəbərlərin doğru olmadığını bildirib.

“Bizə məlumat daxil olan kimi, şəxsə özüm gedib həmin tarixi abidəyə baxdım, hamam yerində durur, orada heç bir söküntü işi aparılmır. Sadəcə hamam fəaliyyətini dayandırıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, “Fantaziya” hamamı tarix və mədəniyyət abidəsi kimi
dövlət tərəfindən qorunur.

“Orada tikinci və ya söküntü işləri bizim razılığımız əsasında aparıla bilər. Obyekt şəxsi mülkiyyətdədir. Oranın sahibi tərəfindən bizə hər hansı müraciət daxil olmayıb.

“Tarix və mədəniyyət abidələrin qorunması” haqqında qanuna əsasən şəxsi mükiyətdə yalnız yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi ola bilər. Eyni zamanda şəxsi mülkiyətdədirsə, təmir işləri mülkiyətçinin vəsaiti hesabına, Mədəniyyət və Turizm Nazirliyi yanında dövlət xidmətinin razılığı əsasında aparıla bilər.

Təmir işləri aparmağa başlamamışdan öncə bizə müraciət olunmalıdır. Bizim araşdırmamızdan sonra təmir işlərinə başlanıla bilər. Biz sahibkara göstəriş verə bilmərik ki, obyekti təmir edin”.

 

COP29

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv