Bakının 640 milyon dollarlıq stadionunu tikən şirkətin sirri…
Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında, Böyükşor gölünün Sabunçu rayonu istiqamətindəki sahilində tikilən olimpiya stadionunda işlər sürətlə davam etdirilir. Hazırda stadionda bir neçə istiqamətdə fasiləsiz iş gedir, həmçinin oturacaqların quraşdırılmasına başlanılıb.
70 min tamaşaçı tutumuna malik olacaq stadionun tikintisinin ilkin dəyəri 640 milyon dollar açıqlanıb. Tikintini Türkiyənin “Tekfen” şirkəti həyata keçirir.
Olimpiya stadionunun gələn ilin ilk rübündə təhvil verilməsi gözlənilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının açılış və bağlanış mərasimlərinin burada keçirilməsi planlaşdırılır.
YENİCAG.AZ xəbər verir ki, Tekfen şirkətinin ortaqları Türkiyədə hamısı eyni təyyarə və maşına minməməklə məşhurdurlar. Şirkətin daxili əsasnaməsi ilə nizamlanan bu qayda illərdən bəri mühafizə edilir.