Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, buna səbəb rayonun ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.