Bakının bu hissəsi qazsız qaldı – SƏBƏB

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfəro, qazın verilişinin təmir işləri ilə əlaqədar dayandırıldığını bildirib.

“Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub”.