Gözümüzün önündə tarix olan EV TELEFONLARI: "İmtina prosesi daha da sürətlənəcək" - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda ev telefonlarından istifadə edənlərin sayı ildən-ilə azalır. Rəsmi statistikalar da göstərir ki, ötən dövrlə müqayisədə bu xidmətə olan tələbat kəskin şəkildə aşağı düşür.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən İT mütəxəssis Fərhad Mirəliyev bildirib ki, ev telefonlarından imtinaların artmasının əsas səbəbi hər hansı iqtisadi və ya məcburi amil deyil, texnoloji köhnəlmədir.

Onun sözlərinə görə, ev telefonları artıq faydalılığını itirmiş, mənəvi baxımdan köhnəlmiş texnologiya hesab olunur.

“Bu prosesi vaxtilə geniş istifadə olunan çap maşınlarının sıradan çıxması ilə müqayisə edə bilərik. Mobil rabitənin, smartfonların, planşetlərin və geniş funksionallığa malik texnologiyaların inkişafı ev telefonlarını arxa plana keçirib”.

Mütəxəssis vurğulayıb ki, mobil cihazlar təkcə səsli əlaqə deyil, eyni zamanda, müxtəlif kommunikasiya imkanlarını özündə birləşdirir və konkret məkana bağlı olmadan istifadə rahatlığı yaradır. Bu da ev telefonlarının fərdi abonentlər üçün cazibəsini tamamilə azaldır:

“Gələcəkdə ev telefonlarından imtina prosesi daha da sürətlənəcək və fərdi istifadəçilər bu xidmətdən, demək olar, tamamilə uzaqlaşacaqlar. Yalnız müəyyən müddət ərzində dövlət qurumları, banklar və kommersiya təşkilatlarında ev telefonlarının istifadəsi aktual qala bilər. Lakin zamanla bu sahədə də azalmaların müşahidə olunacağı istisna edilmir”.

Ətraflı videomaterialda:

Samir Məcid

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa