Bakının mərkəzində anbar yanır: Qərargah yaradıldı
Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
Yanğın baş verən əraziyə 5 əsas, 2 xüsusi yanğısöndürən texnika cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Yenicag.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.