Bakının mərkəzində yeni pullu parkinq yaradılır - FOTO

media-hightechnic-468x90

Bakıda müasir standartlara uyğun yeni avtomobil dayanacağı yaradılır.

Yenicag.az Trend-ə istinadla xəbər verir ki, sözügedən dayanacaq Puşkin küçəsində, Dövlət Dəmir Yol Xəstəxanasının qarşısında yerləşəcək.

Bu günə kimi həmin ərazi boş olduğundan parkinq kimi istifadə olunub, ancaq hansı qurumun balansında olduğu bəlli deyildi.

Hazırda isə Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərazi abadlaşdırılıb, avtomobillərin dayanması üçün yerdə xətlənmə işləri görülüb. Meydan xüsusi vasitələrlə əhatəyə alınıb və bir giriş-çıxış qoyulub.

Qurumun əməkdaşları bildiriblər ki, ərazidə avtomobil saxlamaq üçün qiymət digər dayancaqlarda olduğu kimi hesablanacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600