!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının moped PROBLEMİ - Qanun dəyişikliyi bu məsələni həll edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Azərbaycanda moped sürücüləri ilə bağlı qanunun nəzərdə tutulması müsbət haldır”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələbi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklərin qəbul olunmasına münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yol hərəkəti qaydaları ilə yanaşı, yol infrastrukturunun düzgün təşkili də arzuolunandır:

“Ümumiyyətlə sözügedən istiqamətdə problemlər olduqca dərindir. Təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində bu problem yaşanmaqdadır. Çünki moped tipli motosikletlərin törətdiyi qəzaların sayı həddindən artıq çoxdur. Problem yalnız qanunun qəbul olunması ilə deyil, yol infrastrukturunun qurulması da əsas məsələlərdən biridir. Dünyanın əksər inkişaf etmiş ölkələrində yolların bölüşdürülməsi prosesi dəqiq şəkildə həyata keçirilir. Yəni hərəkət istiqamətinin haradan və necə yönlənməsi ilə bağlı hər bir nəqliyyat vasitəsi istifadəçisinin özünəməxsus öhdəlikləri var. Bura moped, motosiklet və velosipeddən istifadə edən şəxslər də daxildir. Bu mənada Azərbaycanda da moped sürücüləri ilə bağlı qanunun nəzərdə tutulması müsbət haldır. Lakin qanunun icrasına nəzarət və dəyişikliklərin nəticəsinin monitorinqinin necə aparılacağı hələlik naməlumdur. Yəqin ki, qanunun qəbulundan sonra ətraflı məlumat veriləcək”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2846
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv