Bakının üç rayonunda qaz olmayacaq

media-hightechnic-468x90

Bu gün Bakının Nəsimi, Qaradağ və Yasamal rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Alatava” qazpaylayıcı stansiyadan (QPS) qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, sentyabrın 26-da saat 10:00-dan etibarən işlər başa çatanadək “Mikrorayon” ölçü qovşağından və “Duvannı” QPS-dən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa