Sosial şəbəkələrdə və bəzi media orqanlarında dünən həbs olunan tanınmış kriminal avtoritet, milyonçu Oleq Krapivinin (Oleq Bakinski) Prezident İlham Əliyevlə fotosu paylaşılır. Paylaşımlardan belə anlaşılır ki, həmin foto Oleq Bakinski “Tərəqqi”medalı ilə təltif olunarkən çəkilib.
Yenicag.az Bakupost.az-a istinadla xəbər verir ki, sözügedən foto 2016-cı ildə Prezidentin bir sıra veteran idmançılarla görüşü zamanı çəkilib.
Məlum olduğu kimi, Oleq Krapivin sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustasıdır. O, 14 dəfə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.
Oleq Krapivin “Tərəqqi” medalı ümumiyyətlə almayıb. O, 22 aprel 2022-ci ildə, Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında “Dostluq” ordeni ilə təltif olunub. Həmin vaxt Prezident şəxsən heç kimi təltif etməyib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az