“Baku Electronics” barəsində iş qaldırıldı

media-hightechnic-468x90

27601Son dövrlərdə “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olub.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600