!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə ikimərtəbəli ev yanaraq külə döndü

!Reklam – Yazi

Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Qabaqçöl qəsəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli yeddi otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv