Balakəndə saxlanılan icra başçısı kimdir? - DOSYE
Balakən rayonunun icra başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanıldığı bildirilir.
Yenicag.az Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılan icra başçısının dosyesini təqdim edir.
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. O, 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb, Vergilər Nazirliyinin Göyçay, Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
Daha sonra “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.
18 may 2011-ci ildə Balakən rayon İcra Hakimiyyətinin təyin olunub.
Yeni Azəbaycan Partiyasının üzvüdür.
Həmçinin ailəlidir, 3 övladı var.












