Balakəndə uşağı maşın vurdu

media-hightechnic-468x90

57980Balakəndə avtomobil atı vurması nəticəsindıə 11 yaşlı uşaq ağır xəsarət alıb.

Hadisə rayonun Talalar kəndində qeydə alınıb.

Hadisə zamanı 24 yaşlı Teymur Məmmədteyev idarə etdiyi “VAZ-2107” markalı avtomabillə hərəkətdə olarkən yolun kənar hissəsində gedən atı vurub.

Nəticədə evə gedən 11 yaşlı Mahmud Novruzov atın belindən yerə çırpılaraq, ağır bədən xəsarətləri alıb. 11 yaşlı yaralı rayon xəstəxanasına çatdırılıb. Dərhal onun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb.

Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Mahmud Novruzovun vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600