“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi

media-hightechnic-468x90

26f7cb3a9743682f0ab54ed97e1fce1b (1)Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1”qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600