!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank müdirləri işdən çıxarıldı – Yeni təyinat

!Reklam – Yazi

beynelxalqbank8Azərbaycan Beynəlxalq Bankında kadr islahatları davam edir.

İslahat dalğası artıq yerli şöbə və filiallara da çatıb. Belə ki, son on gün ərzində Bankın bir neçə filialının müdiri işdən azad olunub. Məlumatı verən mənbənin sözlərinə görə, hələlik işdən azad olunanlar Qazax, və Şəki şöbələrinin rəhbərləridir. Fəaliyyətində problemlər olduğu deyilən hər iki şəxsin yerinə artıq yeni təyinat olduğu da bildirilir.

Bankdakı mənbə onu da qeyd edib ki, yaxın dövr ərzində Bankın digər filial və şöbələrinin rəhbərləri dəyişdiriləcək. Növbəti dəyişiklik ünvanı kimi isə Şəmkir filialının adı çəkilir.

Saytın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Beynəlxalq Bankın mətbuat xidmətilə əlaqə saxlasa da, xidmətin rəhbəri Yadigar Cəfərli hər dəfə “5 dəqiqəyə zəng edəcəm” desə də sualı cavablandırmaqdan yayınıb. Y.Cəfərli yalnız onu bildirib ki, hər bir qurumun daxilində kiminsə işdən çıxarılması və yeni təyinatın olması normal qarşılanmalıdır.

Beynəlxalq Bankın Qazax filialından isə məlumatı təsdiqləyiblər. Filialdan bildirilib ki, keçmiş müdir Almaz Carçıyevin yerinə Rahib Vəliyev təyin olunub. Bankın Şəki filialından da bildirilib ki, rəhbərlikdə dəyişiklik baş verib və keçmiş müdir Mehman Mikayılovun yerinə Rahib Nəzirli təyin olunub.

Qeyd edək ki, Beynəlxalq Bankın 35 filialı və 42 şöbəsi fəaliyyət göstərir.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv