“Bank of Baku” keçmiş döyüşçünü, şəhid ailəsini məhkəməyə verdi — SKANDAL

İstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan “Bank of Baku” ən yüksək faiz siyasəti ilə bank sektorunda “ad çıxarıb”.

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən verdiyi xəbərə görə, kasıbına, varlısına, xəstəsinə, sağlamına məhəl qoymayan bank bu dəfə müharibə iştirakçısı, şəhid yoldaşı, 4 uşaq anası Simuzər Ağakişiyevanı çıxılmaz vəziyyətdə qoyub.

Bu haqda jurnalist, astroloq Səbuhi Rəhimli sosial şəbəkədə paylaşdığı statusunda bildirir:

“Mənim Simuzər Agakişiyeva adlı bir kurs yoldaşım vardı. 1992-ci ildə çox kişilər tuman altında gizlənəndə o, mərdlik nümunəsi göstərərək könüllü surətdə cəbhəyə yollanmışdı, Abdal-Gülablıda rəşadət göstərmişdi. Dəqiq nişançı idi, bir gülləsi də hədəfdən yayınmırdı. 4 dəfə düşmənlə açıq döyüşdə həlledici rol oynamışdı.

İndi o 4 uşaq anasıdır, müharibə acısı yaşayır, övladının birinin müşkül halını dirçəltmək üçün ömrünü xərcləyir. Üstəlik, şəhid ailəsidir.

Bu gün Simuzər xanım Bank of Baku tərəfindən məhkəməyə verilib. Ödəyib bitirdiyi kreditin bitmədiyini “əsas” gətirib ona yenidən ödəniş etdirməyə çalışırlar. Hər halda özü and-aman edir ki, bu təhdidlər haqsızdır. Gəlin, laqeyd qalmayaq, onun haqqını tanıyaq. Elə bilirsiniz belə qadınlar bizdə çoxdur?”.

Qeyd edək ki, bir neçə gün əvvəl də ləğv olunmuş “Para Bank”ın əsasında yaradılan kredit təşkilatı aprel şəhidi aprel şəhidimiz Xaliq Əzizzadənin anasını məhkəməyə vermiş və cəmiyyət tərəfindən böyük təpki ilə qarşılanmışdı. Nəhayət Birinci vitse prezident Mehriban xanım Əliyevanın müdaxiləsi ilə şəhid ailəsinin borcu bağışlanmışdı.

“Bank of Baku”ya gəldikdə isə anoloji hadisə ilk dəfə deyil. Oxşar hadisə ötən il də qeydə alınmışdı.

KEÇMİŞ DÖYÜŞÇÜ XANIMA, ŞƏHİD AİLƏSİNƏ HƏQARƏTMənim Simuzər Agakişiyeva adlı bir kurs yoldaşım vardı. 1992-ci ildə çox…

Gepostet von Sebuhi Rehimli am Freitag, 23. Juni 2017

Yenicag.az

COP29