!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank sektorunun ucuz kredit PROBLEMİ: "Mərkəzi Bank sistemli tədbirlər görməlidir"

!Reklam – Yazi

“Kredit faizləri ilə depozit faizləri arasında mütənasibliyin formalaşması və ucuz kreditlərin təklif olunmasına nail olunması vacibdir”.

Yenicag.az xəbər verir ki, bunu kredit və depozit kreditləri ilə bağlı ümumi vəziyyəti dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur:

“Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən, bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər. Rəsmi statitika göstərir ki, xarici valyutada kreditlər ilə depozit dividendləri arasında üç dəfə fərq var. Yəni, banklar cəlb etdikləri depozitləri üç dəfə daha baha şəkildə kredit formasında təklif ediblər.

Manatla depozitlərə orta hesabla 8.62 faiz ödənilir. Manatla kreditlər üzrə orta faiz isə 13.75 faizdir. Fiziki şəxslər üzrə orta kredit faizi isə 16 faizdən çoxdur. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə demək olar, dividend ödənilmir.

Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv