!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar dollar alışını ucuzlaşdırdı

!Reklam – Yazi

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərində dəyişiklik edir. Yeniçağ.Az xəbər verir ki, səhər saatlarında banklar 1 dolları 1.74 manatdan baha alır.

Araşdırmaya əsasən, dünən “Accessbank” dolları 1.7410 manata alırdı, 1.8000 manata satırdı. Bu gün isə 1.7440 manata alıb, 1.8040 manata satır.

“Bank BTB” yalnız satış qiymətini bahalaşdırıb: 1.7800-dan 1.7900 manatadək.
“Bank Silk Vey” həm alışı, həm satışı bahalaşdırıb. Alış 1.7470-dən 1.7500 manatadək, satış 1.7800-dan 1.7850 manatadək.

“VTB Bank” isə alışı bahalaşdırıb, satışı isə ucuzlaşdırıb. Dünən bank dolları 1.7420 manata alırdısa, bu gün 1.7450 manata alır. 1.8250 manata satırdısa, bu səhər 1.8200 manata satır. “Kapitalbank” həmçinin dünən 1.7445 manata alırdı, 1.8000 manata satırdı. Bu gün bu göstəricilər 1.7485 və 1.8100 manata müvaviq olaraq bərabərdir.
“Atabank” isə satış qiymətini ucuzlaşdırıb: 1.8150 manatdan 1.8000 manatadək.

 

Yeniçağ.Az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv