Bu ilin əvvəlindən banklar ipoteka kreditinə vəsait ayırmaqda elə də maraqlı olmayıblar.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə məlumatı deputat Vüqar Bayramov bildirib.
O qeyd edib ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka krediti yerləşdirmişdilərsə, bu göstərici iyul ayında 35.9 milyon manat olub.
Göründüyü kimi, iyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb.
Bəs bu əmlak bazarına necə təsir edib?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, mənzillərin qiymətində kəskin bahalaşma olduğu üçün vətəndaşlar da uzunmüddətli ipoteka krediti ilə ev almaqda maraqlı deyillər. Bu da əmlak bazarına təsirsiz ötüşmür.
İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycanda ipoteka portfeli sürətli şəkildə böyüyür. 2019-cu ildə ipoteka üçün 1 milyard 794 milyon manat vəsait ayrılmışdırsa, bu rəqəm 2023-cü ildə 3 milyard 373 milyon manat təşkil edir.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda ipoteka kreditinə maraq yaratmaq üçün ilk növbədə faizlərin azaldılmasına baxılmalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: