Bankların əhalidən cəlb etdiyi depozitlərin orta faiz dərəcəsi artıb

media-hightechnic-468x90

2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda bankların manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8.87 faiz təşkil edib.

Bu barədə Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi hüquqi şəxslər üzrə 7.11 faiz, fiziki şəxslər üzrə isə 10.21 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0.94 faiz bəndi və 0.90 faiz bəndi artıb.

Qeyd edək ki, bu ilin 5 ayında banklar cəlb etdikləri depozit və əmanətlərə görə 498.6 milyon manat faiz ödəyiblər.

Xatırladaq ki, cari il iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% artaraq 38 milyard 179.3 milyon manata bərabər olub./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600