Barak Obama məhkəməyə verilir
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Con Beyner prezident Barak Obamanı məhkəməyə veməyə hazırlaşır.
Bu barədə NBS Nyus kanalı məlumat yayıb.
Beyner dövlət başçısını vəzifə səlahiyyətlərini aşmaqda və dövlətin qanunlarını pozmaqda ittiham edib. O, bildirib ki, iddianın məqsədi prezidentə qarşı impiçment qaldırmaq deyil.
Ağ Evin mətbuat xidmətinin rəhbəri Coş Ernest bildirib ki, Obama qanunlara riayət edir, amma yeritdiyi siyasətlə razı olmayan respublikaçılar onu məhkəməyə vermək istəyirlər.
“Öz işini yerinə yetirdiyi üçün vergi ödəyiciləri də Obamanı məhkəməyə verirlər, amma mən fikirləşirəm ki, bu amerikalılarln əksəriyyətinin dəstəyini almayacaq”, – deyə Ernest bildirib.
Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Nensi Pelosinin fikrincə Respublikaçılar heç nə etmirlər, buna görə də gərgin fəaliyyət imitasiyası yaradırlar.