!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Barak Obama Səudiyyə Ərəbistanı kralı ilə görüşdü

!Reklam – Yazi

97640ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdüləziz əl-Səudu Ağ evdə qəbul edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, dairəvi masa arxasında görüşməzdən əvvəl iki ölkə liderləri mətbuat üçün qısa bəyanatla çıxış ediblər.

ABŞ prezidenti qeyd edib ki, Salman ibnn Abdüləziz əl-Səud hakimiyyətə gələndən ilk dəfədir ki, Vaşınqtona gəlir. Obama bunu ölkələr arasında uzun illər sürən dostluğun nişanı kimi qiymətləndirib.
Prezident Obama onu da qeyd edib ki, o, kralla Yaxın Şərqdə və dünyadakı hazırki vəziyyəti müzakirə edəcək.

Onların əsas müzakirəsi Yəməndə və Suriyadakı vəziyyət və onun həlli yolu olacaq.

“Biz dünyada və regionda terrorizmlə mübarizədə Səudiyyə Ərəbistanının töhfəsini yüksək qiymətləndiririk. Səudiyyə Ərəbistanı regionda təhlükəsizliyi hədələyən İranın qeyri-konstruktiv roluna qarşı durur. Digər tərəfdən onlar əmin ola bilərlər ki, bizim ölkə ilə İran arasında nüvə proqramı üzrə razılaşma İranın nüvə silahının yaradılmasının imkanı demək deyil, – Obama əlavə edib.

Ərəbistan kralı ilk gəlişinin səbəbsiz olmadığını və bu görüşün iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

“Biz bütün dünyada sülhə görə əməkdaşlıq edəcəyik. Biz hesab edirik ki, əlaqələrin genişlənilməsi bütün xalqlarının sabitliyin saxlanılmasına və əmin-amanlığına xidmət edir”, – deyə Səudiyyə Ərəbistanının kralı jurnalistlərə açıqlamasında qeyd edib.

Liderlərin görüşündə, həmçinin, ABŞ-ın vitse-prezidenti Co Bayden və Ağ evinin milli təhlükəsizliyi üzrə məsləhətçi Suzan Rays də iştirak ediblər.

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv