Baraka Obama Poroşenko ilə görüşəcək

media-hightechnic-468x90

kkkkkkkkkkABŞ prezidenti Barak Obama iyunun 2-7-də gerçəkləşəcək Avropa turnesi zamanı Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşəcək. 

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasından bildirilib. “Bəli, biz güman edirik ki, görüş olacaq”, deyə qurumun mətbuat xidmətinin əməkdaşı söyləyib.

O, əlavə şərh verməyib.

B. Obama Avropa turnesi çərçivəsində Polşa, Belçika və Fransaya səfər edəcək.

Qeyd edək ki, mayın 27-də B. Obama ilə P. Poroşenko arasında telefon danışığı olub. B. Obama P. Poroşenkonu təbrik edərək onu təcili islahatlar keçirməyə çağırıb və ABŞ-ın hərtərəfli dəstəyini vəd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa