“Barilla” makaronlarında qurğuşun QALMAQALI – Ekspertdən XƏBƏRDARLIQ

media-hightechnic-468x90

İtaliyadan ixrac olunan “Barilla” makaron məhsullarında təhlükəli səviyyədə qurğuşun aşkar edilməsi ilə bağlı yayılan iddialar ictimai narahatlığa səbəb olub.

media-banner_tkm

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlama verib.

media-1709197874-1703071751_57

Onun sözlərinə görə, “təhlükəli məhsul” anlayışı konkret partiyaya aid olur və bu səbəbdən hansısa zavodun məhsullarını ümumiləşdirərək daim təhlükəli adlandırmaq doğru deyil:

“Çünki partiyalarda bəzən gözdən qaçan hallar olur. Eləcə də bəzi hallarda laborator yoxlamalar yetərincə düzgün aparılmır. Hazırda əsas məsələ həmin partiya məhsulun Azərbaycana gətirilib-gətirilmədiyini müəyyənləşdirməkdir. Əgər gətirilibsə, dərhal satışdan çıxarılmalı və ictimaiyyətin gözü qarşısında məhv edilməlidir”.

Mütəxəssis bildirib ki, Azərbaycanda məhsulların geri çağırılması prosesi faktiki olaraq işlək deyil və bu, ciddi çatışmazlıqdır:

“Məhsulun istehlakçıdan geri alınması üçün hüquqi və mexaniki mexanizm yoxdur. Bu səbəbdən hazırda əhali yalnız ehtiyatlı olmağa çağırıla bilər. Şübhəli məhsullarla qarşılaşan vətəndaşlara AQTA-nın 1003 qaynar xəttinə müraciət etmələri tövsiyə olunur”.

Qeyd edək ki, yayılan xəbərlərdə qurğuşun qalığı olan məhsulun 500 qramlıq paketlərdə satıldığı və son istifadə tarixinin 1 mart 2026-cı il olduğu bildirilib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) son açıqlamasına əsasən, sözügedən partiya məhsulun ölkəyə idxal olunmadığı müəyyən edilib.

Rafi Müslümov

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05