Barmaq izi ilə cinsiyyəti təyin etmək mümkün olacaq

media-hightechnic-468x90

14341966492687637988_750x500Türkiyənin Bartin Universitetində aparılan tədqiqat nəticəsində dünyada ilk dəfə barmaq izi ilə cinsiyyəti təyinetmə sistemi hazırlanıb.

Yenicag.az azərtac-a istinadən xəbər verir ki, Bartin Universitetinin mühəndislik fakültəsinin kompyuter bölməsində çalışan tədqiqatçı Eyup Burak Ceyhan elmi işinin nəticələrini “TRT Xəbər” saytına açıqlayıb. Bildirib ki, bu elmi işin uğurlu nəticəsi sayəsində, cinayət törətmiş, yaxud da şübhəli bilinən şəxsin tapılması asanlaşacaq. Dünyada ilk olan bu sistem polis və milli təhlükəsizlik orqanlarının işini xeyli yüngülləşdirəcək. Belə ki, haqqında heç bir məlumat əldə olunmayan barmaq sahibinin qadın yaxud da kişi olduğu təyin ediləcək. Bu sistem 750 insanın barmaq izi ilə sınaqdan keçirilib. Elmi işin inkişaf etdirilməsi üçün Türk Patent İnstitutundan patent də alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600