!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş ağrılarından şikayət edirsiz? - Bu əlamətlər varsa, həkimə müraciət edin

!Reklam – Yazi

Ətrafımızda tez-tez insanların baş ağrılarından şikayət etdiyinin şahidi oluruq. Bəzən insanlar baş ağrılarından nə qədər çox əziyyət çəksələr də, həkimə müraciət etməyə tələsmirlər.

Bəs hansı halda baş ağrısına görə dərhal həkimə müraciət etmək lazımdır?

Yenicag.az alimlərin bununla bağlı tövsiyələrini təqdim edir.

– Ağrı davamlı və artan şiddətdədirsə,

– İlk dəfə ağrı 10 yaşın altında və 50 yaşın üzərində ortaya çıxıbsa,

– Daha öncə mövcud olan ağrı şiddətlənibsə, forması dəyişibsə,

– Baş ağrısı indiyə qədər həyatınızda qarşılaşdığınız ən şiddətli ağrıdırsa və ağrıkəsicilərdən istifadə köməyə çatmırsa,

– Danışma və görmə qüsuru, qol və ayaqlarda keyimə, gücsüzlük(iflic) kimi nevroloji simptomlar baş ağrısı ilə birlikdə müşahidə olunursa,

– Baş ağrısı həmişə eyni bölgədə qeydə alınırsa,

– Səhər oyandığınızda baş ağrısı varsa və qusma ilə müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır.

Tahirə Nur

www.yenicag.az

1474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv