Baş həkim işdən çıxarılması xəbərini təkzib etdi

media-hightechnic-468x90

main_292“Mənim işdən azad olunmağımla bağlı yayılan xəbərlər kökündən yalandır. Bu gün səhər 9-a qalmışdan iş başındayam”.

Bunu işdən çıxarılması xəbəri yayılan Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi Mehriban Abbasquliyeva deyib.

O, haqqında belə bir informasiyanın yayılmasından təəssüfləndiyini deyib: “Təəssüf edirəm ki, mətbuat xəbəri dəqiqləşdirmədən yayıb. Əlbəttə kimsə şayiə yaya bilər, amma bunun düzgün olub-olmamasını Səhiyyə Nazirliyinə, Bakı Şəhər Səhiyyə İdarəsinə, ya da bu xəstəxananın özünə zəng edib dəqiqləşdirmək olardı. Heç bir dəqiqləşdirmə aparmadan xəbər yaymaq qeyri-peşəkarlıqdır və belə hadisələr bizim mətbuata inamımızı azaldır. Mən buna təəssüf edirəm”.

Qeyd edək ki, Mehriban Abbasquliyevanın işdən çıxarılması xəbərini report.az saytı yaymışdı. Məlumatda bildirilirdi ki, baş həkim Mehriban Abbasquliyeva işdən azad olunub və onun yerinə isə həmin xəstəxananın şöbə müdiri Zamirə Qaralova (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600