Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

media-hightechnic-468x90
Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub. 
Yenicag.az-ın məlumatına görə, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkim olduğu xəstəxanın dövlət büdcəsinə 57097,94 manat vergi borcu yaranıb.
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün 5 gün vaxt verilib.
İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.
Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb./qaynarinfo
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05