Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Baş konsul Batuminin meri ilə görüşdü

Reklam: Sinerji Pro

Batumi şəhər Meriyasının aparatında Azərbaycanın Batumi səhərindəki Baş konsulu Rəşad İsmayılov və Batumi şəhərinin yeni seçilmiş meri Laşa Komaxidze arasında görüş keçirilib.

Baş konsul Rəşad İsmayılov Batumi şəhərinin meri Laşa Komaxidzeyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Bakının tarixi haqqında,ölkənin sosial-mədəni, iqtisadi inkişafından danışılıb, Bakıda və ölkəmizin digər regionlarında həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib.

Baş konsul qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.
Baş konsul həmcinin, Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında “Qardaşlıq və əməkdaşlığa dair Memorandum”dan sonra hər iki region arasında siyasi, iqtisadi, turizm əlaqələrin inkişaf etdiyini vurğulayıb. Yaxın zamanda Batumi şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Baş konsul Rəşad İsmayılov Batumi şəhərinin merinə “Made in Azerbaijan” brendi altında istehsal edilən Azərbaycan məhsulu hədiyyə edib.

www.yenicag.az

1360
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM