Baş nazir özünü nazir təyin etdi – Vəzifə hərisliyi?

İsrailin baş naziri Benyamin Netanyahu yüksəliş və sosial xidmətlər naziri portfelini də özünə götürüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Benyamin Netanyahu keçən ay korrupsiya ittihamına görə istefaya getmək məcburiyyətində qalan yüksəliş və sosial xidmətlər naziri Haim Katzın yerinə özünü təyin edib.

Bununla da Netanyahunun Nazirlər kabinetində sahibləndiyi kresloların sayı 4-ə çatıb. Belə ki, Netanyahu bundan əvvəl Müdafiə, Səhiyyə və Diaspora nazirliklərini də “mənimsəmişdi”.

Qeyd edək ki, İsrail konstitutsiyası baş nazirin, o cümlədən, nazirlərin 1-dən çox vəzifə tutmasına imkan verir.

Aqil Bəkir