İsrail-İran savaşının kodları: ABŞ-nin Yaxın Şərq vassalının növbəti hədəfi Türkiyədir

media-hightechnic-468x90

İran-İsrail savaşına dünən başlamış kimi baxmaq yanlış olar. Belə ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumu sonrası İsrailin Qəzzaya yönəlmiş əməliyyatları yalnız HƏMAS-a qarşı bir “cəzalandırma” deyil, eyni zamanda, regionda dəyişikliklərin, eləcə də dünən başlayan savaşın ilk işarəsi idi.media-img-20250614-wa0010Bu əməliyyatlarla yanaşı, İsrailin Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı hava hücumları artarkən, son olaraq İran sərhədindəki hədəflərin də vurulması İsrailin artıq bütün sərhədləri aşan strategiya ilə hərəkət etdiyini göstərir. Dünənə qədər yalnız Fələstinlə silah dili ilə danışıb, digər ölkələrdə casus fəaliyyətləri ilə gündəmə gələn İsrail artıq Təl-Əvivdən 1897 km uzaqda olan Tehranda İsmail Haniyəni sui-qəsd ilə öldürmür, eyni zamanda, raket zərbəsi ilə İranın Baş qərargah rəisi daxil olmaqla, önəmli general və alimlərini məhv edə bilir.

İsrailin bu genişlənmə siyasətinin önünü açan əsas aktyor isə ABŞ-dir. Belə ki, Co Bayden prezidentliyi dönəmində bir yandan insan hüquqları və atəşkəs çağırışları etdi, arxa planda isə İsrailə silah tədarükü və diplomatik qoruma məsələsində ən böyük dəstəyi verdi. Bu ziq-zaqlı siyasət Vaşinqtonun İsrailə yalnız müttəfiq deyil, regional vassal kimi də baxdığını göstərir. Nəticədə Suriyada Rusiya və İran təsirinin əhəmiyyətinin itirilməsi, Qəzzada müqavimətin simvolu olan HƏMAS-ın, yenə bölgədə illərdən bəri İsrailə qarşı mübarizə aparan “Hizbullah”ın bütün lider kadrlarının öldürülməsi və İranın regional gücünün məhdudlaşdırılması İsrail vasitəsilə aparılan strategiyanın ayrı-ayrı parçalarıdır.

Bu siyasət Donald Tramp dövründə daha açıq şəkildə ortaya qoyulmaqdadır. Eyni zamanda, bölgədə İranın təsirinin azaldılması üçün İsrailin savaş baltalarını ortada sallaması ilə yanaşı, “İbrahimi Anlaşmalar” adı altında diplomatik siyasət də izlənilir. İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş kimi ölkələrlə diplomatik əlaqələrini gücləndirməsi yalnız simvolik sülh təşəbbüsü deyil, həm də İran əleyhinə cəbhəni gücləndirmək cəhdidir. Tramp bu razılaşmaları “əsrin sülhü” adlandıraraq birinci prezidentliyi boyunca bu prosesi xarici siyasət müvəffəqiyyəti olaraq ön planda tutdu. İranın “Şiə Hilal”ının dağıdılması ilə başlayıb Tehranın bombalanması ilə davam edən İsrail hücumlarına ərəb ölkələrinin laqeyd münasibəti bu strategiyanın uğurla işlədiyini göstərir. Hazırda da bu razılaşmalar Orta Şərqdə İsraili legitimləşdirməyən, mərkəzləşdirən bir strategiyanın əsasını təşkil edirdi.

Hadisələrin inkişafı göstərir ki, ABŞ-İsrail əməkdaşlığı Orta Şərqi yenidən formalaşdırır. Bunun qarşısında olan güclər isə İran və Türkiyədir. İranın zaman-zaman İsrailin əlinə oynasa da, hazırkı prosesdə “Şiə Hilal”ını və Orta Şərqdəki Qasım Süleymani vasitəsilə qurduğu toru itirən İranın zəiflədilməsi və etibarsızlaşdırılması prosesi başlayıb. İranın da ilk dəfə İsrailə qarşı bu masştabda hücumu molla rejiminin bunun fərqində olduğunu göstərir.

Türkiyənin isə Qəzza məsələsində olduğu kimi, bu məsələdə də tərəfi bəllidir. İsraillə onsuz da gərgin olan münasibətlər fonunda rəsmi Ankara İranın yanındadır. Həm də ona görə ki İrandan sonra hədəfin Türkiyə olacağını, İsrailin Türkiyə ilə qonşu olmaq istəyinin necə nəticələnəcəyini qardaş ölkə yaxşı bilir…

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600